...

İranda vəba xəstəliyinin qarşısını almaq üçün xüsusi tədbirlər görülür

Siyasət Materials 16 Avqust 2008 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust / Trend / İranın Kərəc şəhərinin İcra Başçılıg? bəyanat yayaraq əhalidən vəba xəstəliyinə yoluxmamaq üçün təmizliyə riayət etmələrini istəyib. Bu barədə İranın "İribnews" saytı məlumat yayıb.

Bəyanatda Kərəc şəhərinin icra başçısı bu şəhərdə vəba xəstəliyinə tutulmuş xəstələrin olduğunu bildirərək əhalidən xüsusi ilə yay fəslində təmizliyə diqqət etmələrini istəyib.

İranın Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər İdarəsinin rəhbəri Məhəmməd Məhdi Quya bildirib ki, son vaxtlar İranda iyirmi dörd nəfərin vəba xəstəliyinə tutulduğu aşkar olunub. Onlardan bir nəfər ölüb, qalanları isə müalicə olunub.

1998-ci ilin statistik məlumatına əsasən, İranda on min nəfərə yaxın şəxs vəba xəstəliyinə tutulub, onlardan yüz nəfər həlak olub.

1999-cu ilin statistik məlumatına əsasən, bu ölkədə vəba xəstəliyinə tutulanların sayı 1160 nəfərə kimi azalıb və 2000-ci ilin statistik məlumatında bu xəstəliyə tutulanların sayı üç yüz qırx beş nəfərə kimi azalıb.

Sonrakı illərdə də vəba xəstəliyinə tutulanların sayı hər il yüz nəfərə yaxın olub, amma son iki ildə bu xəstəliyə tutulanların sayı yenidən artmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti