...

Azərbaycanın müxalifət partiyası prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Siyasət Materials 18 Avqust 2008 17:43 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Yurddaş Partiyasının bazar ertəsi keçirilən qurultayında payızda keçiriləcək prezident seçkisində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında qərar qəbul olunub. "Yurddaş Partiyası hesab edir ki, prezident İlham Əliyev namizədlər arasında ən şanslısıdır və ona görə də qurultay iştirakçıları YAP-ın namizədinin dəstəklənməsi haqqında qərar qəbul etdilər", - deyə bazar ertəsi Trend -a açıqlamasında Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli bildirib.

Trend -un arayışı: Yurddaş Partiyası 1990 - cı illərin əvvəllərində yaradılıb. Partiya uzun müddət Demokratik Konqresdə və digər müxalifət birliklərində təmsil olunub. Səfərli 2000 -2005 -ci illərdə ikinci çağırış Azərbaycan parlamentinin deputatı olub.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

Avqustun 2- də YAP-ın qurultayında İlham Əliyevin namizədliyi rəsmən irəli sürülüb. İndiyə qədər İlham Əliyevin namizədliyi Ana Vətən və Sosial Rifah partiyaları tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Həmkarlar Konfederasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu il keçirilən qurultaylarında da İlham Əliyevin namizədliyi irəli sürülüb. Müxalif Vəhdət Partiyası da ötən həftənin şənbə günü İlham Əliyevin namizədliyinin müdafiəsi ilə bağlı qərar qəbul edib.

Qurultayın gündəliyinə bir məsələ-partiyanın prezident seçkisində iştirakı məsələsi daxil edilib.

"2006 - cı ildə qərar qəbul etmişdik ki, prezident seçkisində hansı namizəd daha şanslı olsa, onu dəstəkləyəcəyik. Bunu müəyyənləşdirmək üçün 22 rəy sorğusu keçirmişik və sorğularda 50 min nəfərə yaxın şəxs iştirak edib. Əksəriyyət prezident İlham Əliyevi dəstəklədiyini bildirib. Rəy sorğusunun nəticələrini və partiyanın qərarını əsas götürərək, dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək haqda qərar qəbul etdik", - deyə Səfərli əlavə edib.

Onun sözlərinə görə, YAP-ın namizədini dəstəkləmək üçün seçki qərargahı yaradacaq və bu sahədə digər partiyalarla əməkdaşlıq edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti