Azərbaycan, Bakı,20
avqust / Trend / Azərbaycan
Prezidenti İlham Əliyev çərşənbə
günü Prezident Sarayında  Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğanı qəbul edib.
Təkbətək formatda keçən 
görüşdə Azərbaycanla Türkiyə arasında
əməkdaşlığın, ikitərəfli
münasibətlərin bütün sahələrdə daim
inkişaf etdiyi vurğulanıb və əlaqələrin
bundan sonra da genişlənəcəyinə əminlik
ifadə olunub. 
Prezident Əliyev və Baş nazir Ərdoğan ikitərəfli
münasibətlər, regional və beynəlxalq
məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.