...

Azərbaycanın paytaxtında türk şirkətinin ofisi qarət edilib

Siyasət Materials 26 Avqust 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında yerləşən türk firmasından oğurluq edilib.

Sabunçu rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 24-də Sabunçu qəsəbəsində yerləşən "Fatoğlu" firmasının ofisindən 3431 manat pul oğurlanıb.

RPİ-dən bildirdilər ki, oğurluq edən şəxsin kimliyi müəyyənləşib. Hazırda onun tutulması üçün əməliyyat-tədbirləri davam etdirilir.

Faktla bağlı Sabunçu RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə (177.2.3-cü) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti