Gürcüstan, Tbilisi, 26 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla beynəlxalq ictimaiyyətlə sərt qarşıdurmaya girib,- Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili çərşənbə axşamı bəyan edib.
Avqustun 25 - də Federasiya Şurası və Dövlət Duması Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsi üzrə Rusiya Federasiyası prezidentinə müraciəti yekdilliklə dəstəkləyiblər. Çərşənbə axşamı RF prezidenti Dmitri Medvedyev Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.
їBu addım Gürcüstana deyil, beynəlxalq ictimaiyyətə qarşı yönəlib; bir çox dünya ölkələrinin liderləri Medvedyevi separatçıları tanımamağa və BMT- nin Qətnaməsini pozmamağa çağırıblarї, - Yakobaşvili bildirib.
Onun sözlərinə görə, Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqqında qərarı RF-nin beynəlxalq ictimaiyyət tərəfindən tam təcrid edilməsi ilə nəticələnəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]