Azərbaycan, Bakı, 27 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla Rumıniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən prezident regionda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd edib və qonağın Azərbaycana səfərinin əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.
Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və bu səfərin də əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini bildirib.