...

Poti limanı Amerika gəmiləri üçün təhlükəsiz deyil – Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargahının rəhbəri

Siyasət Materials 27 Avqust 2008 18:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ "Amerikanın sahil mühafizə xidməti freqatı "Dallas"ın Batumi limanına gəlməsi məcburi təhlükəsizlik tədbiridir", - Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargahının rəhbəri Zaza Qoqava çərşənbə günü bildirib.

O jurnalistlərlə söhbətində qeyd edib ki, Birləşmiş Qərargah Poti limanının təhlükəsizliyinə dair dəqiq məlumata malik deyil.

Yayılan məlumatlara əsasən, "Dallas" Poti limanına gəlməliydi, lakin sonradan Batumi limanına daxil olub.

"Rusiyalı işğalçılar Poti limanında batırılmış çoxlu gəmi saxlayıblar. Ərazinin minalanması istisna deyil. Dəniz akvatoriyasının təhlükəsizliyi haqqında tam məlumat yoxdur və buna görə də, Amerika gəmisi Batumi limanına daxil olub", - Qoqava bəyan edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti