...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezidentliyə 18 iddialıdan 13 nəfərinin şəklini əldə edə bilmir

Siyasət Materials 30 Avqust 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) indiyə qədər prezidentliyə iddialı olan 18 iddiaçıdan yalnız 5 nəfərinin şəklini əldə edə bilib. "Digər namizədliklərini irəli sürən şəxslərdən şəkillərini gətirmək xahiş edilsə də, onlar bunu etməyiblər və bu səbəbdən də həmin şəxslərin "Seçkilər" İnformasiya Mərkəzinin İnternet saytında şəkillərinin yeri boş qalıb",- bunu şənbə günü Trend -a MSK- nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15- də keçiriləcək.

Sarıyev bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzinin İnternet saytında namizədlərlə bağlı məlumatlar rubrikasında yalnız 5 namizədin şəkli yerləşdirilib. Bunlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Qüdrət İsaqovdur.

Digər namizədlərin - Yaşar Əhmədov (işsiz), Əlimuxtar Əkbərov (təqaüdçü), Sevinc Quliyeva (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidov (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, Yaşıllar Partiyasının sədri Mais Güləliyev, "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyev, Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli, Fikrət Əhədov (Təhsil Nazirliyi elmi-metodik jurnalının şöbə redaktoru), Arif Əliyev (işsiz) və Əli Ağaevli (Hüquqi, iqtisadi və sosial- tədqiqatlar Mərkəzinin direktoru) - şəkil yerləri boş qalıb. "Bunun günahı bizdə deyil və namizədlər öz şəkillərini təqdim etməlidirlər ki, biz onları sayta yerləşdirək" - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti