...

Azərbaycan prezidenti Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısını Böyük inqilab günü münasibətilə təbrik edib

Siyasət Materials 1 Sentyabr 2008 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Liviya Inqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafini ölkənin milli bayramı - Böyük inqilab günü münasibətilə təbrik edib.

Təbrik məktubunda prezident Azərbaycan-Liviya dostluğunun daha da möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstəriləcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti