...

Beynəlxalq Valyuta Fondu yaxın vaxtlarda Gürcüstana ehtiyat-kreditin ayırılmasına dair son qərarını verəcək

Siyasət Materials 3 Sentyabr 2008 19:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Beynəlxalq Valyuta Fondu (BVF) yaxın vaxtlarda Gürcüstana ehtiyat-kreditin ayırılmasına dair son qərarını verəcək.

Gürcüstan hökumətinin icra aparatından verilən məlumata görə, bu barədə BVF və Dünya Bankının nümayəndələri hökumət dəftərxanasının rəhbəri Kaxa Bendukidze ilə görüşdən sonra deyiblər.

BVF missiyasının tərkibinə missiyanın rəhbəri Anna Lyusi Koronelli, Yaxın Şərq və Orta Asiya departamentinin direktor müavini Devid Ouen, Fondun icraçı direktoru Eyc Beyker və missiyanın nümayəndəsi Eduard Qardner daxil olub.  

Xəbər lenti

Xəbər lenti