...

İlham Əliyev kənd, meşə, meliorasiya və su təsərrüfatı, habelə digər sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 4 Sentyabr 2008 23:49 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə sərəncam imzalayib.


Sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılıb.


Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

Xəbər lenti

Xəbər lenti