Azərbaycan, Bakı, 05 sentyabr/ Trend , müxbir C.Babayeva/ Ölkədə seçkilər prosesini boykot edən Azərbaycanın bəzi müxalifət partiyaları qarşıdakı prezident seçkilərini qeyri-qanuni adlandırıblar.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-nə təyin olunub.
"Azadlıq" blokuna daxil olan partiyalar, Müsavat və "Azərbaycan naminə" İctimai Forumu cümə günü seçkilərin qeyri-qanuni tanınması barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-ligitim elan olunub.
Milli Birlik Hərəkatının lideri Lalə Şövkət sənədin imzalanmasından sonra bildirib ki, imzalanan razılaşma seçkiləri boykotun məntiqi davamıdır.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin firincə, yeni əməkdaşlıq formatı digər siyasi qüvvələr üçün də açıqdır. O əlavə edib ki, partiyalar birgə etiraz aksiyaları keçirmək niyyətindədirlər.
"Əməkdaşlığın uğurlu olacağına ümid böyükdür", - deyə Müsavat Partiyasının rəhbəri İsa Qəmbər bildirib.
"Azərbaycan naminə" İctimai Forumun prezidenti Eldar Namazovun sözlərinə görə, yeni birlik Azərbaycanda demokratik sistem qurmaq niyyətindədir.
"Azadlıq" blokuna Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend