...

Qrant verən təşkilatlar müxalifətin seçkidə iştirak etməməsini hakimiyyətə təzyiq amilinə çevirmək istəyirlər- Azərbaycanın müxalif partiyasının sədri

Siyasət Materials 6 Sentyabr 2008 12:57 (UTC +04:00)
Qrant verən təşkilatlar müxalifətin seçkidə iştirak etməməsini hakimiyyətə təzyiq amilinə çevirmək istəyirlər- Azərbaycanın müxalif partiyasının sədri

Azərbaycan, Bakı, 06 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Azadlıq Partiyası hesab edir ki, təmsil olunduğu Demokratiya Uğrunda İtiifaqa (DUİ) üzv partiyaların bəzi müxalifət partiyalarının prezident seçkisi ilə bağlı imzaladığı bəyanata qoşulmayacaq.

"İttifaqdakı partiyalar prinsipləri bəlli olmayan və müxalifət daxilində parçalanmaya hesablanmış sənədə qoşulmağı maraqlarına uyğun hesab etmirlər" - şənbə günü Azadlıq Partiyasının sədri Əhməd Oruc Trend -a bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktaybrın 15 - də keçiriləcək. "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum cümə günü seçkiləri qanunsuz hesab etmək barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkilərindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

DUİ - də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası ilə həmin bəyanata qoşulmaqla bağlı müzakirələr aparılsa da, partiya sədri Mirmahmud Mirəlioğlu İttifaqdakı müəttəfiqlərinin həmin sənədə qoşulacağı təqdirdə, sənədə imza atacağına razı oldğunu bildirib. Bəyanat müəllifləri tərəfindən Mirəlioğlunun şərti qəbul olunmayıb.

Orucun sözlərinə görə, DUİ- də təmsil olunan partiyalara həmin sənədə qoşulmaqla bağlı heç bir qadağa qoyulmayıb. ""Azadlıq" partiyası bəyanat müəllifləri olan partiyalarla bir arada ola bilməz. DUİ - də təmsil olunan partiyalardan biri həmin sənədə qoşulub başqa müttəfiqlər seçəcəksə, biz onunla bir yerdə ola bilməyəcyik", deyə o bildirib.

Onun fikrincə, bəzi müxalifət partiyalarının imzaladığı bəyanat sifariş əsasında hazırlanıb.

"Bəyanat müəlliflərinə indiyədək qrant verən təşkilatlar müxalifətin seçkidə iştirak etməməsini hakimiyyətə təzyiq amilinə çevirmək istəyirlər. Ona görə də öncədən prezident seçkilərinin qeyri -legitimliyi ilə bağlı sənədin hazırlanması sifariş olundu. Bir-birinə qarşı ittihamlar səsləndirən siyasi təşkilatların birliyi uzunmüddətli olmayacaq. Bəyanatın imzalanması əsas müxalifətin olması görüntüsü yaratmaq məqsədilə imzalanıb", deyə o bildirib.

Oruc bəyanat müəlliflərinin Azadlıq Partiyasının həmin sənədə qoşulmasını istəmədiklərini bildirib. "Çünki onlar bilirlər ki, mənim yanımda oyun oynaya bilməyəcəklər. Azadlıq partiyası heç bir vaxt milli marağa zidd mövqe nümayiş etdirməyib", - Oruc bildirib.

O, imzalanmış bəyanatı birgünlük, bəyanat müəlliflərini isə, sözlərinə sadiq olmayan şəxslər adlandırb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti