...

Azərbaycanda daha iki nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 9 Sentyabr 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.

21 nəfər prezidentliyə namizədliyini irəli sürüb və MSK- dan imza vərəqələri götürüb.

Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, "Yaşıl Siyasət" Təşəbbüs Qrupunun sədri Mais Güləliyev, şair Ağaevli Əli İsa, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli lazım olan 40 min imzanı toplayaraq, MSK-ya təqdim ediblər.

YAP-ın namizədi İlham Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi MSK-nın ötən iclaslarında qeydə alınıb.

Yeddi nəfər imza vərəqələrini qaytarmayıb, dörd nəfər namizədliyini geri götürüb.

Onlardan iki nəfərin namizədliyinə xitam verilib.

İclasda namizədliyini geri götürmüş işsiz Əlimuxtar Əkbərov və Süleyman Quliyevin namizədliyinə xitam verilməsi barədə də qərar çıxarılıb. MSK müəyyən edib ki, Quliyev Rusiya vətəndaşıdır. Azərbaycan Konstitusiyasına görə, xarici ölkə vətəndaşı prezidentliyə iddialı ola bilməz.

Komissiya üzvləri YAP-ın namizədi İlham Əliyevin 50 nəfər vəkilini də qeydə alıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti