...

Amerika RƏM sisteminin yerləşdirilməsi üçün İsraillə kifayətlənməyəcək - ekspertlər

Siyasət Materials 13 Sentyabr 2008 12:03 (UTC +04:00)
Amerika RƏM sisteminin yerləşdirilməsi üçün İsraillə kifayətlənməyəcək - ekspertlər

Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbirlər E.Tariverdiyeva, A.Qut/ Amerikanın Avropada Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin yerləşdirilməsi şəbəkəsinin növbəti məntəqəsi cox güman ki, İsrail olacaq və bu ABŞ-ı Avropada sistemlərinin yerləşdirilməsi qismində maraqlandıran sonuncu məntəqə deyil, - ekspertlər hesab edir.

"Sirr deyil ki, amerikalıların İsrail qarşısında İrandan müdafiə planında böyük öhdəlikləri var və gələcəkdə istisna etmək olmaz ki, Vaşinqton təkcə radarın yerləşdirilməsi ilə kifayətlənəcək", - Trend -a israilli siyasətçi Mixael Klyayner deyib.

ABŞ senatı çərşənbə günü keçirilmiş iclasında Avropa ölkələrinin birində qabaqcıl RƏM sisteminin yerləşdirilməsinə səs verib və bunun üçün büdcədən 89 milyon dollar ayırıb.

Hazırda ABŞ Çexiya hökumət ilə Çexiya ərazisində RƏM radar sisteminin yerləşdirilməsi və Polşa ərazisində "Petriot" tipli 10 raketin yerləşdirilməsi ilə bağlı Polşa hökuməti ilə müqavilə imzalayıb.
 
Senatorlar çıxışlarında RƏM sistemini yerləşdirməyə hazırlaşdıqları ölkənin adını çəkməyiblər, lakin təsvir edilmiş AN/TPY-2 tipli raket əleyinə müdafiə radarı, əvvəllər İsrailə təchiz ediləcək hərbi avadanlığın hissəsi kimi sadalanıb.

"Amerikalıların RƏM sistemini harada yerləşdirəcəkləri sualına mümkün cavab, İsraildir", - təhlükəsizlik üzrə amerikalı ekspert Yanis Stivaçtis (Yannis Stivachtis) hesab edir.

İsrailin müdafiə naziri Ehud Barakın ABŞ-ın vitse-prezidenti Dik Çeyni ilə bu yay keçirilmiş görüşündən sonra, mətbuat konfransında Barak deyib ki, cəmi bir neçə aydan sonra İsrail daha güclü və uzaq mənzilli raketlərdən müdafiə olunmaq üçün daha hazırlıqlı olacaq.

ABŞ-ın Yaxın Şərqdə başlıca müttəfiqi ənənəvi olaraq məhz İsrail hesab edilir.

"Xerut" partiyasının lideri Klyaynerin sözlərinə görə, İsrail ABŞ-ın Yaxın Şərqdəki strateji müttəfiqidir.
"İsrailə qarşı yönəlmiş hər hansı strateji təhlükə Amerika hökuməti tərəfindən şəxsi təhlükə kimi qəbul edilir", - o bildirib.

Müşahidəçilər istisna etmirlər ki, ABŞ və İsrailin hərbi əməkdaşlığı radarın yerləşdirilməsi ilə məhdudlaşsın.

"İsraildə radarın yerləşdirilməsi ölkədə Amerika RƏM sisteminin yerləşdirilməsinin başlanğıcı ola bilər", - Trend -a Moskvadan telefonla rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

Lakin bəzi ekspertlər hesab edirlər ki, İsraildə Amerika RƏM sisteminin yerləşdirilməsi ilə bağlı məsələdə heç də hər şey birmənalı deyil.

Təhlükəsizlik üzrə avropalı ekspert Beata Kviatek-Simanska isə (B. Kviatek - Simanska) əksinə, əmin deyil ki, Amerikanın RƏM sistemini yerləşdirəcəyi növbəti ölkə İsrail olacaq.

"Mən qlobal RƏM müdafiəsində rol oynayacaq konkret ölkəni göstərməyə cürət etməzdim və bunun İsrail olacağına şübhə edirəm", - Trend -a Hollandiyadan elektron poçtu ilə Qroningen Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Kviatek-Simanska bildirib.

Onun fikrincə, radiolokatorun Avropa ölkələrinin birində yerləşdirilməsi az güman ediləndir. Çünki RƏM sisteminin yerləşdirilməsində iştirak edən ölkəyə təkcə siyasətçilərin razılığı deyil, həm də əhalinin dəstəyi lazımdır, - o hesab edir.

İsrailin əhalisi razı olmasa, onda qərar, Radio Lokasiya Stansiyasının (RLS) dənizdə yerləşdirilməsi ola bilər.

Dənizdə RƏM sisteminin yerləşdirilməsi son vaxtlar geniş yayılıb. Amerikanın iri RLS-dən biri artıq yenidən qurulmuş üzən neft platformalarında yerləşdirilib və Amerikanın 18 gəmisi İCİS sistemli raket əleyhinə sistemlə təchiz edilib.

Bəzi eksperlərin fikrincə, RƏM sisteminin yerləşdirilməsi üzrə növbədə digər Avropa ölkələri durub.

Radar çox güman ki, İsraildə yox, ABŞ-ın uzaq potensial müttəfiqi Yaponiyada yerləşdiriləcək, - "Exo Moskvı" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verib.

"Əvvəllər ABŞ Yaponiyada RƏM sisteminin bəzi elementini yerləşdirib, lakin bu orta mənzilli raket tutanlardır, belə ki, Yaponiya KXDR tərəfindən raket təhdidindən ehtiyat edir", - Felgenhauer hesab edir.

Onun sözlərinə görə, daha bir strateji məntəqə artıq radarın yerləşdirildiyi Böyük Britaniya ola bilər. Zaman ötdükcə sistemə əlavələr edilə və möhkəmləndirilə bilər.

Amerika RƏM sistemi elementlərinin yerləşdirilməsinin daha bir mümkün regionu Baltikyanı ölkələr ola bilər. Ötən ilin mayında Litva Çexiya və Polşanın hərəkətlərini təkrarlamağa hazır olduğunu bildirib. Polşa ilə üğürsüz davam edən uzun danışıqlardan sonra, Pentaqon Litvanı Polşaya layiqli alternativ kimi nəzərdən keçirəcəyini anladıb.   



Xəbər lenti

Xəbər lenti