...

Brüsseldə Türkiyə və Aİ Üçlüyünün görüşü keçiriləcək

Siyasət Materials 15 Sentyabr 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend / Bu gün Brüsseldə Türkiyənin və Avropa İttifaqı Üçlüyü xarici işlər nazirlərinin birgə görüşü keçiriləcək. Bu haqda Türkiyənin "Hürriyyət" qəzeti məlumat verib. Brüsseldə keçiriləcək Türkiyə-Aİ Üçlüyü xarici işlər nazirlərinin görüşündə Aİ-yə sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner, Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq, Aİ-nin məsul işçisi Olli Reyn və ittifaqın digər məsul şəxsləri iştirak edəcəklər. Türkiyə tərəfini isə görüşdə xaric işlər naziri Əli Babacan təmsil edəcək. Türkiyə Xarici İşlər Nazirlyinin açıqlamasında Türkiyə-Aİ Üçlüyünün görüşü zamanı Türkiyənin Aİ üzvlüyünə namizədliyi qəbul edildiyi vaxtdan indiyədək ölkədə aparılmış islahatlar və bu istiqamətdə görüləcək işlərin müzakirə ediləcəyi bildirilib.

"Görüş çərçivəsində regionda və beynəlxalq aləmdə baş vermiş hadisələr də müzakirə olunacaq", - Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Xəbər lenti

Xəbər lenti