...

AŞPA-nın ilkin monitorinqi seçkiqabağı prosesdə problemlər aşkarlayıb

Siyasət Materials 16 Sentyabr 2008 14:36 (UTC +04:00)
AŞPA-nın ilkin monitorinqi seçkiqabağı prosesdə problemlər aşkarlayıb

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda seçkiqabağı prosesin ilkin monitorinqini aparıb. "AŞPA-nın ilkin monitorinqi seçkiqabağı prosesdə problemlər aşkarlayıb", - AŞPA monitorinq missiyasının rəhbəri Andreas Herkel çərşənbə axşamı Bakıda jurnalistlərə bildirib.

Herkel səfər çərçivəsində çərşənbə axşamı ATƏT, Aİ və AŞ-nin Azərbaycandakı monitorinq missiyalarının rəhbərləri, İFES-in Bakı ofisinin nümayəndələri ilə görüşlər keçirib. Onun Azərbaycan MSK-nın sədri ilə görüşü də planlaşdırılıb.

"Monitorinq hələ də davam edir, son hesabat səfərin yekunları üzrə cümə axşamı açıqlanacaq", - Herkel bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayacaq və 28 gün davam edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti