...

RF və Azərbaycan saatlarını tutuşdurmalıdır – RF prezidenti

Siyasət Materials 16 Sentyabr 2008 15:18 (UTC +04:00)

Rusiya, Moskva, 16 sentyabr / Trend , müxbir R.Ağayev/ Rusiya və Azərbaycan Qafqaz regionunda baş verən son hadisələri, ölkələrin regionda münasibətlərin və sabitliyin artan inkişafında maraqlı olmalarını nəzərə almaqla, saatlarını tutuşdurmalıdır, Rusiya prezidenti Dmitri Medvedyev çərşənbə axşamı Moskvada Azərbaycan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiya-Azərbaycan münasibətləri çox dinamik inkişaf edir və biz ölkələrimiz arasında tərəfdaşlıqdan razıyıq. Azərbaycana rəsmi səfərim zamanı bizim sizinlə nəzərdə tutduğumuz bütün vəzifələr faktiki olaraq yerinə yetirilir, məqsədlər əldə olunur və dünya iqtisadiyyatında vəziyyət bir o qədər asan olmasa da, ümid edirəm ki, ilin sonuna sizinlə razılığa gəldiyimiz iki milyard dollar həcmində mal dövriyyəsinə nail olacağıq", - Medvedyev bildirib.

Onun sözlərinə görə, humanitar əməkdaşlığa dair çox yaxşı nümunələr var: MDU-nun filialının Bakıda açılışı mədəni həyatda çox vacib hadisədir.

Azərbaycan prezidenti İlham Əliyev RF prezidentinin dəvəti ilə Rusiyada işgüzar səfərdədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti