...

Venesiya Komissiyası Azərbaycana ekspert göndərəcək

Siyasət Materials 16 Sentyabr 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr/ Trend , müxbir R.Novruzov/ Avropa Şurası Venesiya Komissiyasının eksperti Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə işləmək üçün Azərbaycana gələcək.

Ekspertin namizədliyi hələ də nəzərdən keçirilir,- Venesiya Komissiyası Katibliyinin nümayəndəsi Sergey Kuznetsov çərşənbə axşamı Strasburqdan telefonla Trend -a bildirib.

Onun sözlərinə görə, Azərbaycana yalnız bir ekspert gələcək və hazırda onun iş formatı nəzərdən keçirilir.

Venesiya Komissiyasının Katibi Canni Bukikkio bu yaxınlarda ekspert qrupunun fəaliyyətinə yardım etmək xahişi ilə Azərbaycanın Mərkəzi Seçki Komissiyasına müraciət edib. Venesiya Komissiyasının eksperti seçkilər ərəfəsində Azərbaycana gələcək. Azərbaycan tərəfi ekspertlərin işinə yardım göstərməyə razılıq verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcəklər. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına sentyabrın 17- də başlanılacaq və o, 28 gün davam edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti