...

Gürcüstan Müdafiə Nazirliyində beynəlxalq sülhməramlı əməliyyatlarda gürcü kontingentin iştirakı məsələsi müzakirə olunub

Siyasət Materials 17 Sentyabr 2008 12:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan Müdafiə Nazirliyində NATO Hərbi Komitəsinin sədri, admiral Canpaolo di Paola və ilə birləşmiş qərərgah rəisi, briqada generalı Zaza Roqova arasında keçirilən görüşdə Gürcüstan və NATO arasında gələcək münasibətlər və beynəlxalq sülhməramlı əməliyyatlarda gürcü kontingentin iştirakı məsələləri müzaikrə olunub.

Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, görüş Şimali Atlantika Şurasının Gürcüstana səfəri çərçivəsində baş tutub.

Tərəflər NATO - Gürcüstan komissiyasının yaradılmasının əhmiyyəti baradə danışıblar.

Görüşdə diqqət Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi faktına yönəldilib. Gürcüstan tərəfi məsələ ilə bağlı qonaqları detallı şəkildə məlumatlandırıb. Admiral Canpaolo di Paola ölkədəki hazırki hadisələr ilə də maraqlanıb.

Görüşdə birləşmiş qərərgah rəisinin müavini David Nairaşvili, Operativ Planlaşdırma Departamentinin polkovniki Levan Kapanadze, Strateji Planlaşdırma və Hərbi Siyasət Departamenti rəisinin vəzifələrinin icraçısı vitse-polokovnik Leonid Sixarulidze, NATO-da hərbi nümayəndə, vitse-polkovnik Omar Beqoidze və Beynəlxalq Münasibətlər və Avroatlantik İnteqrasiya Departamentinin rəisi Nino Bakradze də iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti