...

Azərbaycanın hakim partiyası prezidentliyə namizədinin təbliğat-təşviqat kampaniyasına kütləvi aksiya ilə başladı (video)

Siyasət Materials 17 Sentyabr 2008 18:15 (UTC +04:00)
Azərbaycanın hakim partiyası prezidentliyə namizədinin təbliğat-təşviqat kampaniyasına kütləvi aksiya ilə başladı (video)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün prezidentliyə namizədinin təbliğat - təşviqat kampaniyasına kütləvi aksiya ilə start verib.

"Yeni Azərbaycan Partiyası uğurla başlayan işi qələbə ilə başa çatdıracaq" - Bibiheybət stadionunda mitinq zamanı YAP- ın icraçı katibi Əli Əhmədov çıxışında bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayacaq və 28 gün davam edəcək.

Əhmədov çıxışında deyib ki, hakim partiyanın seçki kampaniyasının nəticəsi olaraq, İlham Əliyev seçkidə qələbə qazanacaq.

"Xalq ona inanır, İlham Əliyev də xalqa güvənir. Xalq artıq öz seçimini edib; o da İlham Əliyevdir" -YAP - ın icraçı katibi bildirib. "İlhamla irəli" şüarı ilə keçirilən mitinqdə çıxışı zamanı Əhmədov, həmçinin, deyib ki, meydan axtaran müxalifət sonda meydansız qaldı. Çünki bu meydanı YAP tutub. "Müxalifət bununla öz iflasını yaşadı" - Əhmədov əlavə edib.

YAP 1992 - ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləmiş Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 1993 - cü ildən hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti