...

Azərbaycan polisi seçkilərlə bağlı yüksək səviyyədə təlimatlandırılıb – xarici ekspertlər

Siyasət Materials 18 Sentyabr 2008 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan polisi seçkilərlə bağlı yüksək səviyyədə təlimatlandırılıb. "Başqa ölkələrin polisləri ilə müqayisədə Azərbaycan polisləri seçkilərə tam hazırdırlar", - deyə niderlandlı ekspert Ari Bloyd cümə axşamı Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində "Seçki prosesi və polis" mövzusunda keçirilmiş treninqlərin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrup və DİN-in yardımı ilə Bakı şəhərində Polis Akademiyası və Daxili Qoşunların N saylı hərbi hissəsində, eyni zamanda Gəncə şəhəri, Lənkəran və Göyçay rayonlarında "Seçki prosesi və polis" mövzusunda treninqlər keçirilib. 170 polis nəfərinin iştirak etdiyi treninqlərə xarici ekspertlər Ari Bloyd (Niderland) və Riçard Tall (Böyük Britaniya) cəlb olunub.

Bloyd bildirib ki, treninqlər zamanı Azərbaycan polislərinin seçkilərlə bağlı öhdəlikləri barədə tam məlumatlı olduqları məlum olub. "Polislərin xüsusi hazırlığında gözləmədiyimiz nəticələrlə üzləşdik. Polis heyəti həmçinin Mərkəzi Seçki Komissiyası ilə sıx əlaqədə işləməkdə və seçkilərdə iştirak edən bütün insanlara qarşı bitərəf yanaşmaqla da bağlı təlimatlıdırlar", deyə o bildirib.

Onun sözlərinə görə, treninqlər zamanı polislərdə xüsusi narahatlığın olduğu müşahidə olunub. "Narahatlıq əsasən seçki qanunvericilyi ilə seçki təlimatları arasında fərqlərin mövcudluğundan irəli gəlir", - deyə ekspert bildirib.

Xarici ekspert Azərbaycanda seçkilər dövründə polislərin öhdəliklərinin layiqincə yerinə yetirilməsində heç bir problemin olmayacağına şübhə etmədiyini bildirib.

Beynəlxalq polis məsləhətçisi Tall da treninqlər zamanı Azərbaycan polislərinin seçki dövründə öhdəliklərinin yerinə yetirilməsinə hazır olduqlarını müşahidə edib. "Təəssüf ki, polis təlimatlarının təcrübədə necə həyata keçiriləcəyini müşahidə edə bilmədik. Polisin seçkilərin demokratik şəraitdə keçirilməsində rolu böyükdür", - deyə Tall bildirib.

Tall həmçinin seçki dövründə polislərin ictimaiyyətlə və Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıqda çalışmağının vacibliyini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti