...

Azərbaycanın müxalifət partiyası seçkidə iştirak edən üzvlərini cəzalandıracaq

Siyasət Materials 19 Sentyabr 2008 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir E.Abbaslı/ Azərbaycan müxalifətini təmsil edən Müsavat Partiyası üzvlərinin Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadənin seçki kampaniyasında iştirak etmələri barədə fakt yoxdur.

"Bizim partiyanın prezident seçkisində iştirak etməmək barədə qərarı var. Əgər kimsə hansısa namizədin seçki təbliğatında iştirak etsə, təbii ki, onun hərəkəti Müsavat Partiyasının siyasətinə və qərarına qarşı çıxmaq kimi qiymətləndiriləcək", cümə günü Trend-News-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend-News-un arayışı: Müxalifətyönlü Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə bəyan edib ki, Müsavat Partiyası üzvlərinin əksəriyyəti seçkidə onun namizədliyini dəstəkləyəcək.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Hacılının sözlərinə görə, partiyanın qərarına qarşı çıxdığı təsdiqlənən üzvlər barədə Nizamnaməyə uyğun tədbirlər görüləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti