...

Rusiya etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədilə beynəlxalq müşahidəçilərin göndərilməsi məsələsini blokada etmək istəyir – Gürcüstanın dövlət naziri

Siyasət Materials 19 Sentyabr 2008 13:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın dövlət naziri Temur Yakobaşvili Avropa İttifaqı (Aİ) hərbi müşahidəçilərinin cəlb edilməsini ATƏT-in missiyasından daha perspektivli hesab edir. Yakobaşvili cümə günü jurnalistlərə bildirib ki, "Aİ - də Rusiya yoxdur və o, nə müşahidəçilərin kontingentini, nə də onların sayını blokada edə bilməz".

Dünən Rusiya ATƏT-də Gürcüstanın münaqişə zonasına 80 hərbi müşahidəçinin göndərilməsi məsələsini blokada edib. ATƏT və Rusiya bu müşahidəçilərin yerləşdiriləcəyi yer barədə razılığa gələ bilməyiblər.

"Bu, çox pis faktdır, belə ki, müşahidəçilərin çox olması münaqişənin nizamlanmasınadək olan müddət ərzində vəziyyətin xeyrinədir", - deyə Yakobaşvili.

O hesab edir ki, Rusiya "beynəlxalq müşahidəçilərin münaqişə zonasına göndərilməsi prosesini qəsdən yubadır və onların respublika elan olunan Abxaziya və Cənubi Osetiya ərazilərinə daxil olmasının qarşısını almağa cəhd göstərir".

"Rusiyanın məqsədi aydındır - o, Abxaziya və Cənubi Ostiyada aparılan etnik təmizləmənin nəticələrini qanuniləşdirmək və qaçqınların beynəlxalq müşahidəçilərin mühafizəsi altında geri dönmələrinə mane olmaq istəyir", - deyə dövlət naziri bildirib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti