...

Amerika və İsrailin böyük müharibəyə başlamaq imkanları yoxdur – İran generalı

Siyasət Materials 19 Sentyabr 2008 14:52 (UTC +04:00)

İran Ali dini rəhbərinin hərbi məsələlər üzrə müşaviri general Yəhya Səfəvi cümə günü bildirib ki, İran Amerika və İsrailin bütün hərəkətlərini araşdırıb və daim nəzarətdə saxlayır. O əlavə edib ki, Amerika və İsrailin hazırda yeni böyük bir müharibəyə başlamaq imkanı yoxdur. Bu barədə İRNA agentliyi sentyabrın 19-da xəbər yayıb.

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) sabiq rəhbəri Səfəvi bildirib ki, "Sionist rejimi" böyük müharibəyə başlamaq iqtidarında deyil. "Fikrimcə, Amerika da Əfqanıstan, İraq və Gürcüstandan sonra özü üçün dördüncü cəbhə yaratmaq istəməz", - o əlavə edib.

Səfəvi bildirib ki, əgər Amerika strateji səhv buraxsa, regiondakı 200 min əsgərinin taleyini təhlükə altına atmış olacaq.

O daha sonra qeyd edib ki, İran Silahlı Qüvvələri hazırda Hörmüz boğazına nəzarət etməyə qadirdirlər. Bundan öncə isə bildirmişdi ki, Fars Körfəzinin müdafiəsi milli ordunun nəzarətindən çıxarılaraq Sepaha tapşırılıb.

Xəbər lenti

Xəbər lenti