...

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu -Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər (video)

Siyasət Materials 20 Sentyabr 2008 14:28 (UTC +04:00)
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu -Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər (video)

Azərbaycan, Bakı, 20 sentyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər. Görüş Nyu-Yorkda nazirlərin BMT-nin Baş Assambleyasının iclasında iştirakı çərçivəsində keçiriləcək, - şənbə günü Bakıda jurnalistlərə Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye deyib.

Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Dağlıq Qarabağı və ona bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994- cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək müvəffqəqiyyətsiz sülh danışıqları aparırlar. 

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədr olduğu Minsk Qrupu çıxış edir.

Vasitəçilər Ermənistan -Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyəti müzakirə etməyi planlaşdırıblar. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri rəhbərlərinin Türkiyə xarici işlər nazirinin iştirakı ilə ayrıca görüşü palnlaşdırılıb. Danışıqlar Sentyabrın 25 -də və 26-da Türkiyə xarici siyasət idarısi rəhbərinin təşəbbüsü ilə keçiriləcək, - CNN Turk xəbər verib.  

Xəbər lenti

Xəbər lenti