Türkiyənin Boğaziçi Universitetində hicablı tələbələr təhsil müəssisəsinə buraxılmayıb. Bu haqda Cihan agentliyi məlumat verib. Bu gün Boğaziçi Universiteti rektorunun təlimatı ilə, hicablı tələbələr universitetin həyətinə buraxılmayıb. Universitetin giriş qapısında gözləməyə məcbur edilən tələbələr təhlükəsizlik xidmətinin az saylı nümayəndələri ilə qarşıdurmaya girərək, universitetin həyətinə daxil olublar və rektorluq binası qarşısında rektor, professor Kadri Özçaldırana etiraz ediblər.