...

Dağlıq Qarabağ münaqişəsi odla su arasında  - Trend News-un icmalçısı

Siyasət Materials 23 Sentyabr 2008 16:41 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi  odla su arasında  - Trend News-un icmalçısı

Elmira Tariverdiyeva, Trend -un Avropa redaksiyasının icmalçısı

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tannması postsovet məkanında həll edilməmiş ərazi mübahisələrini qızışdıran və hərəkətə gətirən katalizator rolunu oynayıb. Bu fonda, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini həll etməsinə yaxşı imkanı yaranır.

Azərbaycanın məsələni kimin yardımı ilə həll edəcəyi gündəlikdə dayanan başlıca məsələdir.

Bu gün bir sıra ölkələrin Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə ehtiyacları var. Azərbaycan Rusiya, Türkiyə və ABŞ - ın enerji və nəqliyyat maraqlarının strateji kəsişmə nöqtəsidir. Ölkələrdən hər biri öz maraqlarını güdərək, Ermənistan və Azərbaycan arasında uzanan münaqişədə başlıca vasitəçi olmağa səy göstərir.

Bu gün vasitəçilik uğrunda ciddi rəqabətin aparılacağı gözlənilir. Daha səmərəli həll təklif edən qalib olacaq.

Bir sıra səfərlər regionda müəyyən siyasi xətt nümayiş etdirib və şübhəsiz, Buş administrasiyasının narahatlığına səbəb olub.

Türkiyənin prezidenti tarixdə ilk dəfə Ermənistana səfər edib. Lavrov Türkiyədə olub. Azərbaycanın xarici işlər naziri Moskvaya gəlib. Və nəhayət, Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib, Rusiya prezidenti Dmitri Medvedyevlə bir sıra görüşlər keçirib. Bütün səfərlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları müzakirə edilib. Və bütün bunlar Birləşmiş Ştatların bilavasitə iştirakı olmadan baş verib.

Tərəflərdən hər birinin məntiqi aydındır. Rusiya, beynəlxalq ictimaiyyətin Gürcüstanı їsülhə məcburetməї təəssüratını yumşaltmağa və münaqişələrin, o cümlədən də Azərbaycan ərazisindəki münaqişənin nizamlanmasında müəyyən irəliləyişə nail olmağa çalışır.

Türkiyə Rusiya ilə birgə Qafqazda їƏməkdaşlıq Platformasıї layihəsinin hazırlanmasına dair fəal iş aparır. Türkiyənin layihəsi uğur qazanarsa, Qafqazın problemləri, ABŞ və Aİ kimi kənar tərəflərin müdaxiləsi olmadan, regional oyunçuların gücü ilə həll ediləcək. Türkiyə və Rusiya bu əməkdaşlıqdan böyük dividendlər qazana bilərlər. Gələcəkdə bu ölkələr qarşılıqlı tanımalara gedə bilərdilər: biz Şimali Kipri tanıyırıq, onlar Cənubi Osetiya və Abxaziyanı. Və Qafqazdakı problemlər artıq Türkiyənin təşəbbüsünün əsasında həll ediləcək.

Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal edilmiş ərazilərini azad edərsə, Ermənistanın udan tərəf ola biləcəyinə bu ölkəni inandırmağa qadir dövlətlər Türkiyə və Rusiyadır. Bəlkə də Ermənistana boru kəməri marşrutunun  onun ərazisindən keçəcəyini və ya iqtisadi layihələrdə iştirak edə biləcəyini vəd edəcəklər;Ermənistanın iqtisadi vəziyyəti nəqliyyat əlaqəsinin bərpasından və Türkiyə ilə sərhədlərin açılmasından, Rusiyanın yardımından birbaşa asılıdır.

Türkiyənin xarici işlər naziri Əli Babacan Reuters-ə müsahibəsində belə imkanın olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Ermənistan böyük qonşusu Türkiyə ilə sərhədlərin açılması və dəmir yolu əlaqəsinin bərpa edilməsindən böyük iqtisadi dividendlər ala bilərdi. їErmənistan, Rusiyanın müdaxiləsindən sonra etibarsız olmuş Gürcüstan ərazisindən keçməklə, Xəzər dənizi tərəfdən Qərbə gedən qaz kəmərinin keçməsi üçün alternativ ola bilərї, - Babacan bəyan edib.

Siyasi məqamın özünəməxsusluğu ondan ibarətdir ki, Türkiyənin їPlatformaї üzrə təşəbbüsü sayəsində, Qafqazın problemlərinin nizamlanmasının yeni formatı cızılır. Bu format 16 il ərzində tərəfləri münasib həllə gətirə bilməmiş ATƏT- in Minsk Qrupu formatından daha  uğurlu olacağını vəd edir.

Lakin ABŞ neftlə zəngin Azərbaycan üçün bu qədər vacib problemdə vasitəçiliyi belə asan surətdə əldən vermək niyyətində deyil.

ABŞ Dövlət Katibi Kondoliza Raysın şəxsi sərəncamına əsasən, ATƏT- in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza sentyabrın 17 - də Bakıya gəlib.

Avropa və Amerika vasitəçilərinin öz əhəmiyyətlərini əldən verməməyə çalışan Brayza Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparıb. Onun sözlərinə görə, ABŞ ı Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla əlaqədar yaranan iyirmi illik ərazi münaqişəsinin həlli üçün daha gərgin iş aparmaq niyyətindədir. їABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir və münaqişənin həllinə yardım etməyə hazırdır. Saziş Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əldə edilməlidirї, - o, Bakıda jurnalistlərə bildirib.

Lakin ATƏT-in Minsk Qrupunun ikinci həmsədri Bernar Fasye öz həmkarını bir qədər sakitləşdirib. O, sentyabrın 19 - da Bakıya səfəri zamanı ehtiyatla qeyd edib ki, Dağlıq Qarabağda їaralıq nizamlamaї təklif edilir ї їDağlıq Qarabağ əhalisinin öz gələcək müqəddəratını həll etməsinədəkї. Lakin, həmsədr їaralıq nizamlamaї altında nəyin nəzərdə tutulduğunu aydınlaşdırmayıb.

Şübhəsiz ki, əməldə ərazi mübahisəsinin həlli üçün ikinci tərəfin istəyinin də əhəmiyyəti var. Çoxları Ankara və İrəvan arasında münasibətlərin çətin olması ilə əlaqədar, Türkiyənin təşəbbüsünün uğrula nəticələnəcəyinə şübhə edirdilər. Türkiyənin vasitəçiliyindən imtina edilərdisə, Minsk Qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin alternativsiz həlli  formatı olardı.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri їTürkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım edə biləcəyini, lakin hər şeyin Minsk Qrupu çərçivəsində həll edilməli olduğunuї bəyan edərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təkbaşına vasitəçilik ümidlərinə hökm çıxarıb.

Torpaqların Azərbaycana qaytarılmasına konkret kimin yardım edəcəyi vacib deyil. Bütün maraqlı tərəflərin birgə səyləri müsbət nəticələnərsə, ola bilsin, Türkiyə, Rusiya və ABŞ  -ın şəxsi maraqlarını bir kənara qoyaraq, Qafqaz regionunda sülh naminə danışıqlar stolu arxasında əyləşməyə dəyər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti