...

Gürcüstanın hərbi doktrinasına yenidən baxılacaq

Siyasət Materials 24 Sentyabr 2008 20:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın Müdafiə Nazirliyi ölkənin hərbi doktrinası və təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi üzərində iş aparır, - müdafiə nazirinin müavini Batu Kuteliya çərşənbə günü jurnalistlərə bəyan edib. Onun sözlərinə görə, bu dəyişikliklər Rusiyanın Gürcüstana qarşı təcavüzü ilə bağlıdır. "Mövcud təhlükəsizlik konsepsiyası müxtəlif təhdidlərin qarşısını alsa da, orada Rusiya tərəfdən irimiqyaslı təcavüz nəzərdə tutulmamışdı. Bu, real təhdid kimi nəzərdən keçirilmirdi", - Kuteliya qeyd edib.

"Lakin baş verənlər göstərib ki, təhdid reallaşıb və indi Gürcüstanın Təhlükəsizlik Konsepsiyası dəyişdirilməlidir", - o vurğulayıb. Nazir müavini qeyd edib ki, hərbi doktrina və Təhlükəsizlik Konsepsiyası ilə yanaşı, müdafiənin planlaşdırılmasında da dəyişiklik olunacaq. "Biz bu dəyişikliklərə NATO ölkələrinin Təhlükəsizlik Konsespiyalarına etdikləri dəyişikliklərlə sinxronlaşdırmaq niyyətindəyik. Belə ki, yeni reallıqlar hər kəsi Rusiyadan gələn təhdidlərə yeni yanaşmalar axtarmağa məcbur edir", - Kuteliya əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti