...

Azərbaycan və Ukraynanın aviasiya ali təhsil müəssisələri əməkdaşlıq sazişi imzalayıblar

Siyasət Materials 24 Sentyabr 2008 21:00 (UTC +04:00)
Azərbaycan və Ukraynanın aviasiya ali təhsil müəssisələri əməkdaşlıq sazişi imzalayıblar

Ukrayna, Kiyev, 24 sentyabr/ Trend , müxbir Z.Novosvitski/ Çərşənbə günü Milli Aviasiya Akademiyası (Azərbaycan) və Milli Aviasiya Universiteti (Ukrayna) arasında saziş imzalanıb. Bu barədə Milli Aviasiya Universitetindən (MAU) Trend -a bildiriblər.

Azərbaycan tərəfdən sazişi Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Ukrayna tərəfdən isə, Milli Aviasiya Universitetinin rektoru, professor Nikolay Kulik imzalayıb.

Saziş  hər iki ölkənin ali təhsil müəssisələrində (ATM) əməkdaşlığın inkişafı və dərinləşdirilməsi, elmi - texniki irəliləyiş istiqamətində vəzifələrin həlli, tədris, tədris - metodiki və elmi - tədqiqat işlərinin səmərələliyinin artırılması məqsədilə imzalanıb.

їBütün istiqamətlər ї uzunmüddətli elmi layihələrin istiqamətləri və təşkili, mütəxəssislərin hazırlanması və təkrar hazırlanması, müəllim heyətinin hazırlanması və təkrar hazırlanması, müəllim mübadiləsi, konfranslarda birgə iştirak istiqamətlərində üzrə işləyəcəyik. Həmçinin, gələcəkdə tələbə mübadiləsini həyata keçirmək planlaşdırılırї, - MAU - dan bildiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti