...

Gürcüstan Avropa İttifaqından 12,8 mln.avro alacaq

Siyasət Materials 2 Oktyabr 2008 16:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı Gürcüstanın Dövlət Dəftərxanasında Baş nazirin müavini Qeorqi Baramidze və Avropa Yardım və Əməkdaşlıq Ofisinin direktoru Markus Kornaro, Avropa qonşuluq siyasətinin həyata keçirilməsi Planı çərçivəsində, iki maliyyə razılaşmasını imzalayıblar.

Mərasim sona yetəndən sonra Baş nazirin müavininin dediyinə görə, Gürcüstanın Aİ - dən iki sahə üzrə əlavə yardım alacağı ilə bağlı sənəd imzalanıb. Rusiya qoşunlarının yeridilməsi nəticəsində zərər çəkənlər və münaqişələrin sülh yolu ilə tənzimlənməsi üçün 6 mln., ikinci sahə - Gürcüstanın dövlət idarələri və Aİ-yə üzv ölkələr arasında əməkdaşlıq Proqramına -  6,8 avro ayrılıb.

Baramidzenin aydınlaşdırdığına görə, imzalanmış sənədə uyğun olaraq, Gürcüstan bu mərhələdə Aİ - dən 12,8 mln. avro alacaq. Ümumilikdə isə, söhbət alınacaq 500 mln avrodan gedir.

"Bu yardımın yalnız bir hisəsidir, gələcəkdə müxtəlif sahələr üzrə yardım göstərilməsi davam etdiriləcək", - o qeyd edib.

Kornaro, öz növbəsində, vurğulayıb ki, yardım göstərilməsinin davam etdirilməsi ilə bağlı mühüm qərar qəbul edilib.  

İmzalanma mərasimi başa çatdıqdan sonra tərəflər görüşü bağlı qapı arxasında davam etdiriblər.

Xəbər lenti

Xəbər lenti