...

Azərbaycan prezidenti "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər və əlavələrin edilməsi barədə fərman imzalayıb.

Siyasət Materials 3 Oktyabr 2008 23:59 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev їDövlət qulluğu haqqındaї qanuna dəyişikliklər və əlavələrin edilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının їDövlət qulluğu haqqındaї qanuna їDəyişikliklər və əlavələr edilməsi barədəї qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin;


їDövlət qulluğu haqqındaї Azərbaycan Respublikası Qanununun 22-1.8-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin;


їDövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydalarıїnın yeni layihəsini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;


Öz səlahiyyətləri daxilində їDövlət qulluğu haqqındaї Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədəї Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.


Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti