Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Görüş Ərdoğanın Türkmənistana dünən başlayan iki günlük səfəri çərçivəsində baş tutub. Ərdoğan və Berdiməhəmmədov ikitərəfli münasibətlər, Türkmənistan qazının Türkiyəyə nəqli və beynəlxalq enerji xətlərinin təhlükəsizliyi barədə müzakirələr aparıblar.