...

Azərbaycanda əhaliyə fərdi identifikasiya nömrəsinin verilməsi üçün tədbirlər həyata keçirilir

Siyasət Materials 6 Oktyabr 2008 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / , K.Zərbalıyeva/ Azərbaycanda əhaliyə fərdi identifikasiya nömrəsinin verilməsi üçün tədbirlər həyata keçirilir.

Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlər Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bazar ertəsi Trend -a bildirib ki, fərdi identifikasiya nömrəsinin strukturu işlənib.

Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur.

Nəcəfov deyib ki, insanların birmənalı eyniləşdirilməsinə imkan verəcək fərdi indentifikasiya nömrəsi təsadüfi üsulla müvafiq elektron cədvəli əsasında veriləcək.

Nazirlər Kabinetinin Sərəncamı ilə fərdi identifikasiya nömrəsinin yerləşdirilməsi nəzərdə tutulan əhalinin uçotunu aparan digər informasiya sistemlərinin siyahısı, o cümlədən Daxili İşlər, Vergilər, Səhiyyə, Sosial Müdafiə və s. nazirlik və qurumlarda istismarda olan məlumat resursları təsdiq olunub.

Nəcəfov bildirib ki, fərdi indentifikasiya nömrəsinin verilməsi respublikada fiziki şəxslərin qeydiyyatının "vahid pəncərə" prinsipi əsasında aparılmasına imkan yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti