...

Azərbaycanın dövlət başçısı islam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən konfransının nümayəndələrini qəbul edib

Siyasət Materials 6 Oktyabr 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ert?si İslam ölkələri ali təhsil və elm nazirlərinin Bakıda keçirilən 4 - cü konfransının nümayəndələrini qəbul edib. Prezident İlham Əliyev Bakı konfransının əhəmiyyətindən danışaraq bildirib ki, bu tədbir islam dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Prezident əlavə edib ki, təhsil sahəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə təhsil ikinci yerdədir və Azərbaycanın iqtisadi imkanları genişləndikcə, bu sahəyə diqqət daha da artırılır.

Prezident bildirib ki, torpaqlarımızın bir hissəsi uzun müddətdir erməni işğalı altındadır, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Bu, ölkənin inkişafına mənfi təsir göstərsə də, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də müasir tipli məktəblər fəaliyyət göstərir. Prezident Əliyev ümumtəhsil məktəblərinin komputerləşdirilməsinə xüsusi diqqət yetirildiyini dey?rək qeyd edib ki, bir neçə il əvvəl min nəfər şagirdə bir kompyuter düşürdüsə, indi 29 məktəbliyə bir komputer düşür. Azərbaycanlı gənclərin xaricdə təhsilinə də xüsusi diqqət yetirilir. Bir sözlə, Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir. İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın Bakıda keçirilməsini mühüm hadisə adlandıraraq bildirib ki, islam ölkələri və xüsusilə İSESCO Azərbaycanın sürətli inkişafından xəbərdardır və bundan çox məmnundur. Azərbaycanın təhsilində də böyük inkişaf olduğunu deyən Baş direktor dövlətin bu sahədə uğurlu siyasətini xüsusi vurğulay?b. Görüşün sonunda Prezident İlham Əliyev konfrans nümayəndələri ilə xatirə şəkli çəkdirib.

Xəbər lenti

Xəbər lenti