...

Türkiyə Əfqanıstandan kömək istədi

Siyasət Materials 8 Oktyabr 2008 11:42 (UTC +04:00)

Türkiyənin Əfqanıstandakı səfiri İbrahim Ethem bu ölkənin xarici işlər naziri Rengin Dadfar Spanta ilə görüşündə Türkiyənin BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyü məsələsində Əfqanıstandan kömək və dəstək istəyib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Spanta Əfqanıstanın bu məsələdə Türkiyəyə dəstək verəcəyinə söz verib. Ethem ve Spanta arasındakı görüşdə Türkiyə xarici işlər naziri Əli Babacanın yaxın günlərdə Əfqanıstana səfər edəcəyi də bildirilib.

Xəbər lenti

Xəbər lenti