...

Bakıda axtarışda olan əsgər tutulub

Siyasət Materials 8 Oktyabr 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Qaradağ rayonunda axtarışda olan 20 yaşlı əsgər tutularaq istintaqa təhvil verilib.

Qaradağ rayon Polis İdarəsindən çərşənbə günü Trend - a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində, Azərbaycan Cinayət Məcəlləsininhərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə(333-cü) maddəsi ilə axtarış elan olunan Bakı şəhər sakini Ceyhun Sərvər oğlu Dadaşov çərşənbə axşamı tutulub.

Rayon Polis İdarəsindən bildiriblər ki, Dadaşov xidmət etdiyi "N" saylı hərbi hissəni özbaşına tərk etdiyi üçün, bu ilin mart ayında onun barəısində axtarış elan edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti