Türkiyə PKK terror təşkilatı ilə daha effektiv mübarizə aparmaq üçün Şimali İraqın kürd adminstrasiyası ilə danışıqlar aparacaq. Bu barədə CNNTURK məlumat verib.
Yaxın günlərdə başlaması gözlənilən danışıqlarda Türkiyə tərəfi kürd adminstrasiyasına PKK ilə mübarizədə əməkdaşlıq təklif edəcək. Rəsmi Ankaranın kürd adminstrasiyasından PKK ilə bütün əlaqələri kəsməyi və terror təşkilatının izolyasiya edilməsini tələb edəcəyi gözlənilir.