...

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK-nın 31 mövqeyinə zərbə endirib

Siyasət Materials 11 Oktyabr 2008 12:58 (UTC +04:00)

Türkiyə Silahlı Quvvələri bu gecə Şimali İraq ərazisində müəyyən edilmiş 31 PKK hədəfini havadan və qurudan bombalayıb. Bu barədə Türkiyənin "Haber7" informasiya agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.

Hədəflərin hamısı məhv edilib. Bu, son günlərdə Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK terror təşkilatının hədəflərinə altıncı bombardmandır.

Xəbər lenti

Xəbər lenti