...

Azərbaycanda keçirilən prezident seçkisi üzrə səsvermənin gedişatına dair ilkin məlumatlar Bakı vaxtı ilə saat 12.00 - da elan olunacaq

Siyasət Materials 15 Oktyabr 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanda keçirilən prezident seçkisi üzrə səsvermənin gedişatına dair ilkin məlumatlar yerli vaxtla saat 12.00 - da elan olunacaq.

Mərkəzi Seçki Komissiyası (MSK) yanında fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramin Hüseynovun jurnalistlərə verdiyi məlumata görə, seçicilərin fəallığı barədə mlumatlar MSK-ya ləng daxil olur.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir.

Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti