...

Gəncə təcridxanasında məhbusların 32,7 faizi səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Gəncə, 15 oktyabr /, müxbir V.Məmmədov/ Bu gün Azərbaycanda keçirilən prezident seçkisində yerli vaxtla saat 12:00-a olan məlumata görə, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında məhbusların artıq 32,7 faizi səsvermədə iştirak edib. Bu barədə Trend -a məlumatı 38 saylı Dairə Seçki Komisiyasının sədri İbrahim Cəfərov verib.

Gəncə paytaxt Bakıdan 365 km. məsafədə yerləşir.

Gəncədə fəaliyyət göstərən 4 Dairə Seçki Komissiyasından verilən məlumata görə, saat 12:00-da Gəncədə olan seçicilərin 36,37 faizi artıq seçkilərdə iştirak edib. Daha çox fəallıq 39 saylı Kəpəz Dairə Seçki Komissiyasında müşahidə olunub. Bu dairədə seçicilərin 38 faizi seçkilərə qatılıb.

Saat 10:00-a olan məlumata görə, Gəncədə seçicilərin fəallığı 13,47 faiz təşkil edirdi.

Dairələrdən verilən məlumata görə, Gəncədə olan 37, 38, 39 və 40 saylı Dairə Seçki Komissiyasında 112 məntəqə üzrə 149 min 155 seçici qeydiyyatdadır.

Gəncədə 1319 yerli müşahidəçi qeydiyyata alınıb ki, onlardan da 610 nəfəri siyasi partiyaların nümayəndələri, 424-nəfəri QHT nümayəndələridir. 285 nəfər is öz təşəbbüsü ilə seçkiləri izləyir.

Xəbər lenti

Xəbər lenti