...

Almaniyadan olan müstəqil müşahidəçi Azərbaycan prezidenti seçkisinin beynəlxalq standartlara uyğun olmasını qeyd edir

Siyasət Materials 15 Oktyabr 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Almaniyadan olan müstəqil müşahidəçi Azərbaycan prezidenti seçkisinin beynəlxalq standartlara uyğun olmasını qeyd edir.

"Seçkilər çox yaxşı təşkil edilib, çoxlu beynəlxalq müşahidəçilər var ki, bu da seçkinin demokratikliyinə sübutdur", - çərşənbə günü Trend - a Almaniyadan olan müstəqil müşahidəçi, AŞ - nin keçmiş üzvü və Almaniyanın keçmiş Baş naziri Verner Myunh deyib.

"Mən həm beynəlxalq, həm də yerli müşahidəçilərlə söhbət etmişəm, şikayət və irad yoxdur", - o bildirib.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqələrinin yoxlanılması, barmaqların mürəkkəbə batırılması , şəffaf seçki qutuları çox yaxşı təşkil olunub, pozuntular isə müşahidə edilməyib.

"Mən siyasi həyatım boyu çoxlu seçkilər müşahidə etmişəm və demək istəyirəm ki, Azərbaycan prezidenti seçkisi - 2008 beynəlxalq demokratik standartlara uyğundur", - Myunh qeyd edib.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti