...

İranda Azərbaycan prezidenti seçkiləri üzrə səsvermədə artıq 50 faiz seçici iştirak edib - səfir

Siyasət Materials 15 Oktyabr 2008 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir T.Cəfərov/ Azərbaycanın İrandakı Fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyində təşkil olunmuş seçki məntəqəsində Azərbaycan Respublikasının prezidenti postuna seçkilər üzrə səsvermə davam edir və yerli vaxtla saat 14:00-dək seçicilərin 50 faizi seçkilərdə iştirak edib.

Bu gün İran vaxtı ilə 08:00-da Azərbaycanın Tehrandakı səfirliyində Azərbaycan Respublikasının prezidenti postuna seçkilərə start verilib.

Həsənovun sözlərinə görə, səfirliyin konsulluq şöbəsində 252 nəfər Azərbaycan vətəndaşı qeydiyyata alınıb və onlara bildirişlər paylanılıb.

"Konsulluqda qeydiyyata alınmış tələbələrin sayı isə təxminən 200 nəfərdir", - deyə səfir Həsənov telefonla Trend -a bildirib.

Xəbər lenti

Xəbər lenti