...

Yerli vaxtla 17:00-da seçicilərin 66,3 faizi səsvermədə iştirak edib - exit-poll

Siyasət Materials 15 Oktyabr 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir Ş.Cavadsoy/ Azərbaycanda prezident seçkilərində "exit-poll" aparan "Azad, Şəffaf və Ədalətli Seçkilər" Koalisiyasının (AŞƏŞ) yerli vaxtla 17:00-a olan məlumatına görə, seçicilərin 66,3 faizi səsvermədə iştirak edib. Bu barədə Trend -a AŞƏŞ-in həmtəsisçilərindən Eldar İsmayılov məlumat verib.

Trend -un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti