...

Saat 10.00-a Vaşinqtonda Azərbaycan prezidenti seçkisi günündə seçicilərin təxminən 20 faizi səs verib

Siyasət Materials 15 Oktyabr 2008 21:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir E.Tariverdiyeva/ Vaşinqton vaxtı ilə saat 10.00-da ABŞ-da Azərbaycanda prezident seçkisi günündə seçicilərin təxminən 20 faizi səs verib, seçki məntəqəsinin yaradıldığı Azərbaycanın ABŞ-dakı səfirliyindən telefonla Trend - a bildiriblər.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti