...

Vyanda Azərbaycan prezidenti seçkisi üzrə səsvermənin nəticələri açıqlanıb

Siyasət Materials 16 Oktyabr 2008 00:35 (UTC +04:00)

Avstriya, Vyana, 16 oktyabr/ Trend müxbir A.Ələsgərov/ Azərbaycanda prezident seçkisi üzrə Vyanada keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

"Vyanada 103 nəfərdən 68 səs verib ki, bu da qeydiyyata alınmış seçicilərin ümumi sayının 66 faizi deməkdir", - Azərbaycanın Avstriyadakı səfirliyindən Trend -un xüsusi müxbirinə bildiriblər. Seçicilərin 92,6 faizi İlham Əliyevin namizədliyinə səs verib

.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti