...

Azərbaycanda məhkum yoldaşına xəsarət yetirən məhkum istintaq təcridxanasına köçürülüb

Siyasət Materials 17 Oktyabr 2008 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda məhkum yoldaşına xəsarət yetirən məhkum istintaq təcridxanasına köçürülüb.

Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "kriminal avtoritet" kimi tanınan Yunus Nəzərov məhbus yoldaşı tərəfindən baltalanıb. Nizami rayon prokurorluğundan Trend -a verilən məlumata görə, Cinayət Məcəlləsinin oğurluq (177.2.2 və 177.2.4) maddəsi ilə məhkum olunmuş Mirzəyev Vəfadar Ayazik oğlu məhkum yoldaşı, qanunsuz olaraq narkotik vasitələrin, psixatrop maddələrin və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) cinayətində ittiham olunan Nəzərov Yunus Canəhməd oğluna onu qəsdən öldürmək məqsədilə kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirib.

Zərərçəkən xəstəxanaya köçürülüb.

Mirzəyev isə saxlandığı müəssisədən istintaq təcridxanasına köçürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.2.1) maddəsi ilə cinayət işi açılaraq araşdırılması üçün Bakı şəhər Prokurorluğuna göndərilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti