...

Daniel Frid bu gün Tbilisidə rəsmi görüşlər keçirəcək

Siyasət Materials 20 Oktyabr 2008 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Daniel Frid bazar ertəsi Tbilisidə rəsmi görüşlər keçirəcək. Gürcüstan parlamentindən verilən məlumata görə, o, öz səfərini ali qanunverici orqanda parlament müxalifəti ilə görüşlə başlayacaq.

Görüşdə müxalifətin ölkədəki vəziyyətə münasibəti və bu vəziyyətdən çıxışla bağlı baxışları müzakirə olunacaq.

Frid başda spiker Mixail Maçavariani olmaqla parlament əksəriyyətinin nümayəndələri ilə də görüş keçirəcək.

Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüşün keçirilməsi planlaşdırılıb.

Günün ikinci yarısında ABŞ Dövlət katibinin müavini Tbilisini tərk edəcək. O, səfərin yekununa dair brifinq keçirməyi də planlaşdırıb.

Dünən Frid Qori şəhərinə baş çəkib. O, Gürcüstan və Rusiya arasında baş verən hərbi münaqişənin nəticələri ilə tanış olub. Frid Şida Kartli regionunun qubernatoru Lado Vardzelaşvili, Aİ hərbi müşahidəçiləri, həmçinin Gürcüstan polisi nümayəndələri ilə də görüşüb.

Vardzelaşvilinin sözlərinə görə, Rusiya tərəfi 12 avqust tarixli Sarkozi-Medvedyev sazişini sonadək yerinə yetirməyib və Frid buna şəxsən əmin ola blər. Ona münaqişə zonasında qanunsuz fəaliyyət göstərən rus hərbi blokpostları da göstərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti