Dünya şöhrətli, SSRİ xalq artisti Müslüm Maqomayevlə vida mərasimi oktyabrın 28-də Moskvada, Çaykovski adına konsert zalında keçiriləcək.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev İTAR-TASS-a bildirib ki, Müslüm Maqomayev oktyabrın 29-da, Bakı şəhərində Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Müslüm Maqomayev oktyabrın 24-dən 25-nə keçən gecə, 67 yaşında ürəyin dayanması nəticəsində vəfat edib. Son illər ərzində o ürək çatışmamazlığından əziyyət çəkirdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]