...

Axtarışda olan qadın Türkiyədən Bakıya gələrkən tutulub

Siyasət Materials 29 Oktyabr 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında fahişəliyə cəlb etməkdə və insan alverində təqsirləndirilən 44 yaşlı qadın tutulub.

Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən cərşənbə günü Trend -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri (144-1-ci) və fahişəliyə cəlb etmə (243-cü) maddələri ilə axtarışda olan Münəvvər İsgəndər qızı Əhmədova sərşənbə axşamı Türkiyədən Bakıya gələrkən Beynəlxalq Hava Limanında tutulub.

Polis bölməsindən bildiriblər ki, Əhmədova qeyd olunan maddələrlə təqsirləndirildiyi üçün mart ayında onun barəsində axtarış elan edilib.

İlkin dindirmə zamanı isə Əhmədova qeyd olunan maddələrlə özünü təqsirli bilməyib və həmin hadisələri törətmədiyini deyib. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti